MarovStudio

Geri qaytarma siyasəti

Hansı halda və necə geri qaytarılır.

Bu sənəd hüquqi baxışdan keçməyib

Mətn şablondur və hüquqşünas tərəfindən yoxlanmayıb. Rəsmi hüquqi qüvvəyə malik deyil və istifadəyə buraxılmazdan əvvəl peşəkar baxış tələb edir.

1.Sorğu pulsuzdur

Brif göndərmək və qiymət təklifi almaq tamamilə pulsuzdur və heç bir öhdəlik yaratmır.

2.Mərhələli ödəniş

Ödəniş mərhələlərə bölündüyü üçün yalnız təsdiqlədiyiniz mərhələyə görə ödəyirsiniz. Növbəti mərhələ sizin təsdiqinizlə başlayır.

3.Başlanmış iş

İşə başlanmış mərhələ üzrə görülmüş işin dəyəri geri qaytarılmır. Görülməmiş mərhələlərin ödənişi qaytarılır.

4.Rəqəmsal məhsullar

Marketplace komponentləri yükləndikdən sonra geri qaytarılmır. Məhsul təsvirə uyğun deyilsə, bizə yazın — həll edək.

5.Domen və hostinq

Domen qeydiyyatı üçüncü tərəf reyestrində aparıldığı üçün geri qaytarılmır. Hostinq üçün istifadə olunmamış dövr nəzərdən keçirilə bilər.

6.Necə müraciət etmək

Əlaqə formasından yazın, sorğu nömrənizi göstərin. Müraciətinizi nəzərdən keçirib cavab verəcəyik.